Fevral ayının 22-də Xocalı
rayon Kərkicahan qəsəbə 6№li tam orta məktəbində Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı tədbir keçirildi. Tədbir iştirakçıları Xocalı faciəsində həlak
olanları bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə
qeyd olundu ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan
Xocalı soyqırımından 30 il keçir. Ermənistan
silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq keçmiş
sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və
dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Məktəbin direktoru tədbir iştirakçıların
diqqətinə çatdırdı ki, Xocalı qətliamı Ermənistanın Azərbaycana qarşı həyata
keçirdiyi etnik təmizləmə siyasəti idi. Ermənistanın hərbi təcavüzü nəticəsində
torpaqlarımızın 20%-i işğal edildi. Azərbaycan böyük fəlakətlə üz-üzə qaldı.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları
və icraçıları laiqli cəzalarına çatmalıdırlar cinayət cəzasız qala bilməz. Vaxt
gələcək onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Ermənistanın təxribatlarına və hərbi təcavüzünə
cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı öz torpaqlarının
işğaldan qurtarılması uğrunda Vətən müharibəsinə qalxdı. 44 gün sürən döyüşlər
nəticəsində Azərbaycan ordusu Qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan
azad etdi.
İndi biz Xocalı qayıtmağı səbirsizliklə gözləyirik. Allah
o günü bizə tez qismət eləsin.